
Azərbaycanlı icması Brüsseldə "Artsax" ofisinin açılması və qondarma rejimlə diplomatik əlaqələr qurulmasına etiraz edir
Təfsilat
24 Noyabr 2020, 15:51
238
Belçikadakı azərbaycanlı icması Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğalçını dəstəkləyən addımların atılmaması ilə bağlı Belçika Parlamenti və Avropanın bir sıra beynəlxalq qurumlarına müraciət edib.
Bu addıma kəskin etirazını bildirən azərbaycanlı icması xəbərdarlıq edib ki, Azərbaycanın dünya birliyi, o cümlədən Belçika dövləti tərəfindən tanınan ərazi bütövlüyünə zidd olan belə qərarın qəbulu beynəlxalq hüquq və normalara zidd olmaqla yanaşı, həm də Azərbaycan-Belçika əlaqələrinə, Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinə zərbə vura bilər.
Digər xəbərlər