Azərbaycanlı gənclər Litvada keçiriləcək forumda iştirak edəcəklər

Azərbaycanlı gənclər Litvada keçiriləcək forumda iştirak edəcəklər

Cəmiyyət
16 İyun 2019, 17:24 224
İyunun 17-20-də Litvada "Şərq tərəfdaşlığı - Gənclər forumu” keçiriləcək. Forum Avropa İttifaqının "Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunub. Forumda "Media savadlılığı vasitəsilə tənqidi düşüncə və fəallıq” mövzusu müzakirə ediləcək.
 
AZƏRTAC xəbər verir ki, forumda Azərbaycandan olan gənclər, həmçinin Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev iştirak edəcək.
 
Ümumilikdə, forumda proqrama daxil olan 10 ölkədən 250 gəncin iştirak gözlənilir.