• cümə, 29 Mart, 13:38
  • Baku Bakı 14°C

Azərbaycanlı gənc Cənubi Koreyada ölkəmiz barədə təqdimat edib

07.12.19 15:55 1952
Azərbaycanlı gənc Cənubi Koreyada ölkəmiz barədə təqdimat edib
Cənubi Koreyanın "Koreya Qabaqcıl Elm və Texnologiya İnstitu”nda Sosial İqtisadiyyat üzrə MBA təhsili alan Azərbaycanlı gənc Tural Verdiyev xarici investorların Azərbaycana maraq səbəbləri, əcnəbi yatırımçılar üçünyaradılan şərait və Azərbaycanda olan biznes mühiti ilə bağlı təqdimat edib.
Təqdimat çərçivəsində iştirakçılara Bakı Dəniz Limanı, Ələt İqtisadi Zonasının yaradılması haqqında məlumat verilib, Azərbaycanın xarici investorlar üçün sabit və əlverişli ölkə olduğu vurğulanıb.
Həmçinin Azərbaycanda kiçik və orta sahibkarlığa dövlət tərəfindən verilən dəstək barədə məlumat verilib.
Məlumat üçün qeyd edək ki, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST) dünya universitetlərinin reytinq cədvəlində 40-cı yerdə olan "Ən güclü universitetlər” siyasındadır.
banner

Oxşar Xəbərlər