• çərşənbə axşamı, 16 aprel, 09:05
  • Baku Bakı 14°C

Azərbaycanlı futbolçu milliyə getməkdən imtina etdi

24.05.13 17:13 1614
Azərbaycanlı futbolçu milliyə getməkdən imtina etdi
Eddi İsrafilov millinin toplanışında iştirak etməyəcək. Milli.Az-ın məlumatına görə, bu barədə Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir.
Qeyd edək ki, hazırda İspaniyanın çempionatının II divizionunda çıxış edən "Real Mursia" klubunun üzvü Eddi İsrafilov Azərbaycan milli komandasında yoxlanış üçün millimizin Qətərin Doha şəhərində keçiriləcək təlim-məşq toplanışına dəvət olunmuşdu. Lakin danışıqlar zamanı futbolçu əvvəlcə ilkin razılıq versə də, sonradan qəti qərara gəlmədiyini bildirib.
Bununla əlaqədar, Eddi İsrafilov Azərbaycan milli komandasının Qətərdə keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək.
banner

Oxşar Xəbərlər