• cümə axşamı, 25 aprel, 21:28
  • Baku Bakı 21°C

Azərbaycanlı əsirlərə işgəncə verən erməni yaraqlıların məhkəmə baxışı iyunun 9-na təyin edilib

02.06.21 11:51 397
Azərbaycanlı əsirlərə işgəncə verən erməni yaraqlıların məhkəmə baxışı iyunun 9-na təyin edilib
Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərərçəkən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Alyoşa Xosrovyan qısa çıxış edərək 1994-cü ildə və 2020-ci ildə Qarabağda olduğunu bildirib.
Məhkəmə hazırlıq iclasının qərarını qəbul etmək üçün müşavirəyə yollanıb.
Məhkəmə müşavirəyə gedərkən, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombsudman) Səbinə Əliyeva təqsirləndirilən şəxslərlə görüşüb, onların saxlanma şəraiti və səhhətləri ilə maraqlanıb.
Hakimlər müşavirədən qayıdaraq məhkəmə baxışının iyunun 9-na təyin edildiyini elan ediblər.
banner

Oxşar Xəbərlər