• cümə axşamı, 28 mart, 23:13
  • Baku Bakı 13°C

Azərbaycanla Qırğızıstan arasında mövcud əlaqələrin daha da dərinləşdirilməsi müzakirə edilib

20.03.19 21:30 536
Azərbaycanla Qırğızıstan arasında mövcud əlaqələrin daha da dərinləşdirilməsi müzakirə edilib
Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovla görüşüb.
AZƏRTACQırğızıstan xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Azərbaycanla Qırğızıstan arasında aktual məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Dövlətlər arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi qərara alınıb, Qırğızıstan-Azərbaycan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının növbəti iclasının keçirilməsi məsələləri müzakirə olunub.
Görüşdə beynəlxalq və regional məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb, bildirilib ki, Azərbaycan ilə Qırğızıstan ikitərəfli çoxplanlı əlaqələrin daha da genişləndirilməsi əzmindədir.

banner

Oxşar Xəbərlər