• cümə, 19 Aprel, 12:01
  • Baku Bakı 25°C

Azərbaycanın veteran cüdoçuları dünya çempionatında daha 4 medal qazanıb

24.10.21 12:20 229
Azərbaycanın veteran cüdoçuları dünya çempionatında daha 4 medal qazanıb
Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan komandası daha 4 medal əldə edib.
"Report"un məlumatına görə, Babək Hacıyev (M-4, 60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yalnız final görüşündə uduzan Mübariz Cəfərov (M-5, 81 kq) gümüş, Müşfiq Cəfərov (M-5, 73 kq) və Azər Əsgərov (M-5, +100 kq) isə bürünc medala sahib olublar.
Beləliklə, cüdoçuların qazandıqları medalların sayı 5-ə çatıb.
Qeyd edək ki, daha əvvəl Tural Səfquliyev (M-1, 100 kq) bürünc medala yiyələnib.
Azərbaycan yarışda 15 idmançı ilə təmsil olunur. Turnir bu gün başa çatacaq.
banner

Oxşar Xəbərlər