• cümə, 29 Mart, 09:40
  • Baku Bakı 5°C

Azərbaycanın sosialist əməyi qəhrəmanı dünyasını dəyişdi

18.10.13 09:14 1785
Azərbaycanın sosialist əməyi qəhrəmanı dünyasını dəyişdi
APA-nın məlumatına görə, Səmayə Dadaş qızı Əliyeva 1934-cü ildə Lənkəranın Tütəpeştə kəndində anadan olub. Kənd məktəbini bitirdikdən sonra sıravi kolxozçu kimi əmək fəaliyyətinə başlayıb. Lənkəran Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. Rayondakı Dövlət Maşın Sınaq Stansiyasında manqa başçısı, briqadir və sahə aqronomu vəzifələrində çalışıb. 1966-cı ildə çaybecərmə sahəsində göstərdiyi yüksək nəticələrə görə Səmayə Əliyevaya Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilib. Bir neçə çağırış SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Dəfələrlə ÜLKGİ və Azərbaycan Kommunist Partiyası qurultaylarının nümayəndəsi, Azərbaycan KP MK-nın üzvü olub.
Səmayə Əliyeva 2002-ci ildən Azərbaycan prezidentinin fərdi təqaüdçüsü idi.
Allah rəhmət eləsin!
banner

Oxşar Xəbərlər