• cümə axşamı, 28 mart, 18:18
  • Baku Bakı 13°C

Azərbaycanın sığorta bazarı 10 % böyüyüb

22.09.21 13:45 266
Azərbaycanın sığorta bazarı 10 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 580,597 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
"Report”Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 339,866 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 29,2% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 58,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 49,7 manat olub.
banner

Oxşar Xəbərlər