• çərşənbə, 24 Aprel, 15:22
  • Baku Bakı 27°C

Azərbaycanın sərbəst güləşçiləri "Qitələrarası Kubok"da yarışacaq

14.10.16 13:30 980
Azərbaycanın sərbəst güləşçiləri "Qitələrarası Kubok"da yarışacaq
Bu gündən Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 8-ci "Qitələrarası Kubok" beynəlxalq turniri keçiriləcək.
"Report"un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın16-dək davam edəcək turnirdə Azərbaycanyığma komandasının məşqçilər korpusunun rəyinə əsasən 15 güləşçinin iştirakı planlaşdırılır.
Məşqçilər Əsgərxan Novruzov və Zəlimxan Hüseynovun rəhbərliyi altında Xasavyurtda Pərviz İbrahimov (57 kq), Qalib Əliyev, Əli Rəhimzadə, Əhmədnəbi Qvarzatilov (hamısı 61 kq), Mahal Novruzov, Pənah İlyaslı, Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov, Zəlimxan Vəliyev (hamısı 65 kq), Hacımurad Ömərov, Orxan Abbasov (hər ikisi 70 kq), İsmayıl Abdullayev (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq) və Umar İsrailov (125 kq) mübarizə aparacaq.
Görüşlərin idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Natiq Hacıyev və Əbdül Nuriyev təmsil edəcək.
banner

Oxşar Xəbərlər