• cümə, 19 Aprel, 09:13
  • Baku Bakı 13°C

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacaq

29.03.20 13:21 870
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacaq
Azərbaycanda martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər arabir duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9°, gündüz 13-18° isti, Bakıda gecə 6-8°, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 753 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacağı ehtimal edilir.
banner

Oxşar Xəbərlər