AZE | RUS | ENG |

Azərbaycanın qadın hüquqları sahəsində öndə olması qürurvericidir

Azərbaycanın qadın hüquqları sahəsində öndə olması qürurvericidir
Çox maraqlı bir konfrans keçdi. Azərbaycan 100 il əvvəl qadınlara səsvermə hüququ verib. Qadın hüquqları sahəsində Azərbaycanın öndə olması qürurvericidir.
Bu fikri Fransa Milli Assambleyasında Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş "Qadın hüquqları: Şərq və Qərbin qovuşuğunda Azərbaycan nümunəsi” adlı konfransın iştirakçısı, UNESCO-nun gender məsələləri üzrə direktoru Saniye Gülser Corat AZƏRTAC-a müsahibəsində söyləyib.
Saniye Gülser Corat Azərbaycan və UNESCO arasında yüksək səviyyəli əlaqələrə toxunaraq, Azərbaycanın Birinci vitse –prezidenti Mehriban Əliyevanın bu əlaqələrə töhfəsindən danışıb. O, Azərbaycanın təkcə milli səviyyədə deyil, digər ölkələrdə də qızlar və qadınlar məsələsinə önəm verdiyini bildirib. Həmçinin bir çox ölkələrdə qızların təhsil alması istiqamətində layihələrə imza atdığını vurğulayıb.
"Konfransda qadın məsələsi ilə bağlı müxtəlif mövzulara toxunuldu, fikir mübadiləsi aparıldı. Mən çıxışımda Azərbaycanın UNESCO ilə əməkdaşlığından danışdım. Xüsusilə qadınların təhsil məsələsi ilə bağlı Azərbaycanın həyata keçirdiyi layihələr, UNESCO-ya verdiyi töhfələr haqqında məlumat verdim. Əminəm ki, ölkənizlə təşkilatımız arasında əlaqələr daha da möhkəmlənəcək və yeni layihələrə birlikdə imza atacağıq”, - deyə Saniye Gülser Corat söyləyib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8818
GEL 1 1 Gürcüstan larisi 0.5743
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0992
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.7173
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3006