• cümə, 19 Aprel, 07:57
  • Baku Bakı 13°C

Azərbaycanın müdafiə naziri Gürcüstana səfər edəcək

15.10.17 15:00 2318
Azərbaycanın müdafiə naziri Gürcüstana səfər edəcək
Azərbaycanın müdafiə naziri, general-polkovnikZakir Həsənovoktyabrın 16-da Gürcüstana səfər edəcək.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, iki gün davam edəcək səfər çərçivəsində Zakir Həsənov gürcü həmkarı Levan İzoria və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçirəcək.
Bu görüşlərdə regional əməkdaşlıq, regional təhlükəsizlik, iki və üçtərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.
banner

Oxşar Xəbərlər