• cümə, 19 Aprel, 02:01
  • Baku Bakı 18°C

Azərbaycanın likör, şərab ixrac coğrafiyasını genişləndirir

12.06.19 20:53 628
Azərbaycanın likör, şərab ixrac coğrafiyasını genişləndirir
Azərbaycanın "Naigin-KO Tovuz-Baltiya” MMC spirtli içkilər istehsalçısı yeni ixrac istiqamətlərini müəyyənləşdirib.
Bunu Trend-ə şirkətin xarici əlaqələr departamentinin rəhbəri Elman İsmayılov deyib.
Departament rəhbərinin sözlərinə görə, bu il müəssisənin məhsulları Belarus və Çinə ixrac ediləcək:
"Müəssisədə üzüm və meyvə şərabları, brendi, likör istehsal olunur və bütün bu məhsullar ölkə xaricinə ixrac edilir. İxrac olunan məhsulun əsas həcmi Rusiya, Ukrayna və Baltikyanı ölkələrin bazarlarına çıxarılır. Spirtli içkilərimiz qismən Avropa bazarlarına, xüsusilə də Almaniya və Polşaya ixrac edilir. Hazırda biz Çin və Belarusda tərəfdaşlarımızla danışıqlar aparırıq və yaxın zamanlarda bu ölkələrə ixracatı təşkil etmək niyyətindəyik”.
E.İsmayılovun sözlərinə görə, ixraca yönələn bir partiya orta hesabla 20 tona bərabər olur.
O əlavə edib ki, müəssisə tədarük həcmlərini artırmaq niyyətindədir.
banner

Oxşar Xəbərlər