• cümə, 19 Aprel, 14:07
  • Baku Bakı 25°C

"Azərbaycanın istəklərinə zidd heç bir şərtlə Türkiyə Ermənistanla razılaşmayacaq" - VİDEO

23.09.21 11:00 231
"Azərbaycanın istəklərinə zidd heç bir şərtlə Türkiyə Ermənistanla razılaşmayacaq" - VİDEO
"Türkiyə uzun illərdi Ermənistan və Türkiyə sərhədini bağlayıb. Heç bir diplomatik əlaqə yoxdur və əsas şərt o idi ki, Azərbaycan və Ermənistan arasındaki problemlər öz həllini tapsın, Ermənistan Azərbaycan torpaqlarından çəkilsin və işğala son versin. Ancaq Azərbaycan özü bu işi həyata keçirtdi. Qarabağ torpaqlarından Erməni faşistlərini və teroristlərini qovdu çıxartdı, ərazi bütövlüyümüzü bərpa etdi".
Kaspi.az xəbər verir ki, bu barədə millət vəkili Naqif Həmzəyev "ARB24" kanalının "Gündəm" verilişində Türkiyə-Ermənistan münasibətlərindən danışarkən bildirib.
Deputat qeyd edib ki, hal-hazırda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini tanıması əsas gündəm məsələsidir: "Həmçinin, Zəngəzur dəhlizi məsələsi də əsas danışıqların predmetidi və əsas şərtlərdən biridir ki, Azərbaycan tərəfi bu şərti səsləndirib və 3 tərəfli bəyanatda da bu öz əksini tapıbdı. Türkiyənin, Rəcəb Tayyib Ərdoğanın dediyi həmin o addımlar məhs bundan ibarətdir.Ən əsas məsələ Zəngəzur dəhlizinin işə düşməsidir. Ermənistan bu öhdəliyini həyata keçirtməlidir. Bundan sonra hansısa Türkiyə Ermənistan münasibətlərində irəlləyişdən və ya danışıqların baş tutub müəyyən nəticələrə gələ bilməsindən danışmaq olar, əks təqdirdə Türkiyə buna razı deyil. Çünki Türkiyə Azərbaycanın müttəfiqidi, bizim qardaşımızdı, ilk gündən Azərbaycana dəstəyini veribdi, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdi. Bu gün Azərbaycan və Türkiyə münasibətləri qədər yaxın ikinci bir dövlətlərarası münasibət yoxdu. Bizi yalnız maraqlar yox, soy kökümüz, dilimiz, dinimiz, mədəniyyətimiz bağlıyır. Mən düşünürəm ki, Azərbaycanın istəklərinə zidd heç bir şərtə Türkiyə razılaşası deyil və Azərbaycanın istəkləri həll olunmadan hansısa Türkiyə Ermənistan münasibətlərindən söhbət gedə bilməz".
banner

Oxşar Xəbərlər