• cümə axşamı, 28 mart, 22:59
  • Baku Bakı 13°C

Azərbaycanın iqtisadi artım tempinin bu il 3,4% olacağı gözlənilir

07.01.21 12:54 364
Azərbaycanın iqtisadi artım tempinin bu il 3,4% olacağı gözlənilir
"Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının Azərbaycan iqtisadiyyatının 2021-ci il üçün proqnozlarına nisbətən bizim proqnozlarımız daha nikbindir".
"APA-Economics" xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, ölkə iqtisadiyyatının artım tempi iki dəfə daha yüksək proqnozlaşdırılır: "Əgər onlar (beynəlxalq maliyyə institutları - red.) artım tempini 1,7-2% arasında proqnozlaşdırırlarsa, qəbul olunan parametrlərə əsasən biz iqtisadi artım tempini 3,4% səviyyəsində planlaşdırırıq".

banner

Oxşar Xəbərlər