AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanın güclənən nüfuzu diplomatik masada növbəti zəfərlərimizi şərtləndirəcək - Naqif Həmzəyev

Azərbaycanın güclənən nüfuzu diplomatik masada növbəti zəfərlərimizi şərtləndirəcək - Naqif Həmzəyev

Cəmiyyət
27 İyul 2021, 13:40 164
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən bütün islahatların əsas qayəsi dövlətimizi gücləndirmək, dünyadakı nüfuzunu artırmaq və xalqın rifahını yaxşılaşdırmaqdır. Bütün sahələrdə olduğu kimi diplomatik sahədə də islahatlar mütəmadi olaraq həyata keçirilir. Beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırılır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün diplomatların səriştəsindən də istifadə edilir. Bu məqsədlə parlament diplomatiyasından da uğurla istifadə edə bilirik. Diplomatik masada növbəti zəfərlər əldə edə bilmək üçün lazım olan bütün islahatlar həyata keçirilir.
 
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
 
Deputat bildirib ki, Azərbaycanın güclənən nüfuzu diplomatik masada növbəti zəfərlərimizi şərtləndirəcək: "Ötən il Xarici İşlər Nazirliyində də dəyişiliklər oldu, nazir postuna yeni təyinat oldu. Ceyhun Bayramovun xarici dilləri sərbəst bilməsi, dövlətə sədaqətliliyi onun daha məsuliyyətli bir posta təyin olunması ilə nəticələndi. Prezident tərəfindən edilmiş bu dəyişiklik 44 günlük Vətən müharibəsində də özünü doğrultdu. Hərçənd ki, bütün diplomatik mübarizəyə rəhbərlik Prezident İlham Əliyev tərəfindən keçirilirdi, ancaq Ceyhun Bayramov da işinin öhdəsindən gəldi. Eyni zamanda, Prezindetin köməkçisi Hikmət Hacıyevin bu prosesin uğurla həyata keçirilməsi, doğru-düzgün addımların atılmasında öz rolunu oynadı. Nəticədə, biz 44 günlük Vətən müharibəsində qalib gəlib regionda əsas diktə edən ölkəyə çevrilmişik. Biz Ermənistan tərəfinə sülh təklif edərək onlara şans veririk. Azərbaycan dövləti həm müharibə vaxtı, həm də post-müharibə dövründə ölkəmizdə fəaliyyət göstərən bütün diplomatik korpusların nümayəndələrinin Qarabağa səfərini təşkil edib. Biz Azərbaycan reallıqlarını bu cür müxtəlif vasitələrlə həmin ölkələrə çatdıra bilirik. Cənab Prezident dediyi kimi, biz cəld tərpənərək gündəlikləri formalaşdırdıq ki, bu gün də həmin gündəliklər əsasında beynəlxalq təşkilatlar, ikitərəfli və üçtərəfli əlaqələr formalaşır. Bu gün də Xarici İşlər Nazirliyi səviyyəsində fövqəladə və səlahiyyətli səfirlərimizin dəyişdirilməsi, yeni səfirlərin vacib vəzifələrə təyin edilməsi diplomatik sahədə gələcəkdə həyata keçiriləcək işlərin keyfiyyətinin daha da artırılması və diplomatik masada uğurlarımızın ardıcıl olmasını təmin etmək üçündür. Bir sözlə, Prezident İlham Əliyev nəyi necə və nə vaxt edəcəyini hər kəsdən yaxşı bilir. Bütün dəyişiklikləri dəstəkləyir və inanırıq ki, yaxın gələcəkdə regiondakı diplomatik aktivlik daha da artacaq”.
 
N.Həmzəyev həmçinin parlament diplomatiyasından da bəhs edib: "Parlament diplomatiyası birbaşa olaraq ikitərəfli münasibətlərin qurulması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məsələsinə mühüm töhfə verir. Parlamentin sədri xanım Sahibə Qafarovanın həm müharibədən öncə, həm də sonrakı səfərlərinə diqqət etsək, görərik ki, hər birində məqsəd dost ölkələrlə əlaqələrimizin daha da möhkəmləndirilməsidir. Bu da nəticə etibarilə möhtərəm Prezidentimizin müəyyənləşdirdiyi xarici siyasətin gücləndirilməsinə birbaşa dəstəkdir. Biz müharibədə qazandığımız zəfəri diplomatik masada da zəfərə çevirə bilmişik. Lakin diplomatik masada növbəti zəfərləri əldə edə bilmək üçün müəyyən islahatların icrasına ehtiyac var idi. Biz şahidi oluruq ki, lazım olan bütün dəyişikliklər həyata keçirilir”.