• çərşənbə axşamı, 23 aprel, 10:42
  • Baku Bakı 20°C

Azərbaycanın futbol üzrə milli komandası DÇ-2018-in seçmə mərhələsində qrup lideri olub

08.10.16 22:05 2016
Azərbaycanın futbol üzrə milli komandası DÇ-2018-in seçmə mərhələsində qrup lideri olub
Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.APA-nın məlumatına görə, yığmamız DÇ-2018-in seçmə mərhələsində 2-ci matçına çıxıb.

UEFA zonasının C qrupunda mübarizə aparan komandamız Norveç yığmasını qəbul edib. Tsikli səfər qələbəsi ilə başlayan millimiz San-Marino üzərindəki minimal hesablı uğurun davamını gətirə bilib.Norveç yığması ilə əvvəlki 4 matçda qol vura bilməyən futbolçularımız tilsimi qıra bilib. Bakı Olimpiya Stadionunda baş tutan görüş Robert Prosineçkinin yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ev oyunundakı qələbə komandamızın liderliyi ələ keçirməsi ilə nəticələnib.

DÇ-2018-in seçmə mərhələsi
UEFA zonası

C qrupu
II tur
8 oktyabr

Azərbaycan - Norveç - 1:0
Qol: Maksim Medvedev, 12

Hakimlər: Liran Liani, David Elyas Bitton, Nissan Davidi, Eytan Şmuelevitz (hamısı İsrail)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
UEFA nümayəndəsi: Çarles Şaak (Lüksemburq)
Bakı Olimpiya Stadionu
banner

Oxşar Xəbərlər