• cümə, 19 Aprel, 11:08
  • Baku Bakı 13°C

Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ilk kəndi - Bağanıs Ayrım

25.02.20 13:15 1099
Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ilk kəndi - Bağanıs Ayrım
Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ilk kəndi olan Bağanıs Ayrımın işğalının 30-cu ili yaxınlaşır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax rayonunda yerləşən bu kənd 1990-cı il mart ayının 23-dən 24-nə keçən gecə erməni silahlı qüvvələri tərəfindən işğal edilib.
Həmin gün mənfur düşmən kəndin evlərinə od vurub, 6 nəfər əliyalın və dinc kənd sakinini qətlə yetirib. Günahsız insanları öldürməklə kifayətlənməyən ermənilər adamları diri-diri ocaqda yandırıb, tarixdə misli görünməyən faciə törədiblər. Qətliam törədərkən ermənilər qocaya, qadına, hətta körpə uşağa belə qıymışlar. Yandırılan kənd sakinlərindən böyüyü 75 yaşda, kiçiyi isə 39 günlük olub. Bundan başqa, kəndin müdafiəsinə qalxmış 1 nəfər milis işçisi də düşmənlər tərəfindən öldürülüb. Bu faciə zamanı 17 ev yandırılıb, 11 ev qarət edilib, əhali öz doğma yurd-yuvalarından didərgin düşərək, rayonun müxtəlif yerlərinə səpələnib. Bununla da Bağanıs Ayrım Azərbaycan tarixinə ilk işğal edilmiş və yandırılmış kənd kimi daxil olub.
Erməni quldurları bu qanlı hadisədən sonra Qazaxın daha 6 kəndini - Xeyrimli, Aşağı Əskipara, Sofulu, Badxudarlı, Qızıl Hacılı, Yuxarı Əskipara kəndlərini də işğal ediblər. Bu gün Qazaxın 7 kəndi terrorçuluğu dövlət səviyyəsində həyata keçirən Ermənistanın işğalı altındadır.
1990-cı ilin martında Bağanıs Ayrımda törədilən qətliam erməni silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda daha geniş miqyasda təkrar edildi.
banner

Oxşar Xəbərlər