• şənbə, 20 Aprel, 14:43
  • Baku Bakı 23°C

Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Daşkənddə sərgi açılıb

18.10.19 21:35 540
Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Daşkənddə sərgi açılıb
Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində "Müstəqillik - tariximizin şah əsəri” adlı sərgi açılıb.
AZƏRTACxəbər verir ki, sərgidə Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığı, Ümummilli Liderin ideyalarının təbliği istiqamətində həyata keçirilən layihələr, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərə həsr olunmuş nəşrlər, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə özbək dilində çap olunan kitablar nümayiş etdirilir.
Əvvəlcə Mərkəzin nəzdindəki kurs və dərnəklərin şagirdləri sərgi ilə tanış olublar. Onlara Azərbaycanın istiqlaliyyəti, müstəqilliyimizin çətin sınaqlardan keçməsi, xalqımızın çətinliklə qazandığı müstəqilliyini yenidən itirmək təhlükəsi, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın nəhəng layihələr həyata keçirməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyinin layiqli üzvü olması və s. barədə məlumatlar verilib.
Mərkəzin foyesində təşkil olunan əl işləri sərgisində isə kurs və dərnəklərin şagirdlərinin Azərbaycanın dövlət rəmzləri, milli mədəniyyətimizə dair hazırladıqları maketlər, fiqurlar və suvenirlər nümayiş etdirilir.
Azərbaycanın nailiyyətləri, ölkənin qazandığı uğurları nümayiş etdirən fotosərgi də maraq doğurur.
Qeyd edək ki, Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Mədəniyyət Mərkəzinin nəzdindəki kurs və dərnəklərdə bu mövzuda dərslər keçirilib, Mərkəzin Azərbaycan Dövlətçiliyi Tarixi və Heydər Əliyev muzeylərinə şagirdlərin ekskursiyası təşkil olunub.
banner

Oxşar Xəbərlər