• çərşənbə, 24 Aprel, 15:58
  • Baku Bakı 27°C

Azərbaycanın diplomatik qələbəsinin əyani sübutu

18.12.21 12:15 302
Azərbaycanın diplomatik qələbəsinin əyani sübutu
Qırx dörd günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbədən sonra Azərbaycan dekabrın 14-də Brüsseldə həmin Zəfəri bir daha rəsmiləşdirməyi bacardı. Bu dəfə rəsmi Bakı diplomatik müstəvidə böyük üstünlüyə nail oldu.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin Seyidzadə söyləyib.
Ş.Seyidzadə qeyd edib ki, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli görüşün nəticəsinə dair yaydığı bəyanatda qeyd etdiyi məqamlar Azərbaycanın diplomatik qələbəsinin əyani sübutudur. Verilən bəyanatda bir neçə xüsusi məqamı qeyd etmək lazımdır: "Aİ Şurasının Prezidenti bəyanatında 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış edib. Bu isə Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Bu məqam təbii ki, danışıqların fundamentini təşkil edir. Bu məsələdə əsas məqamlardan biri Rusiyanın Brüssel görüşündə birbaşa iştirak etmədiyi halda proseslərdə olan önəmli rolunun göstəricisidir. Digər vacib məqam isə "Dağlıq Qarabağ”, "Minsk qrupu”, "muxtariyyət” kimi terminlərin bəyanatda əksini tapmamasıdır ki, bu da danışıqlar prosesinin artıq iki tərəf - Azərbaycan və Ermənistan arasında aparılacağını göstərir”.
Deputatın sözlərinə görə, Brüssel görüşündəki digər əsas məqam delimitasiya və demarkasiya prosesinə start veriləcəyi ilə bağlıdır. Bəyanatın son hissəsində qeyd olunduğu kimi, bütün addımlar və razılaşmalar hər iki dövlətin suverenliyini qorumaqla beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq həyata keçiriləcək. Onu da vurğulamaq yerinə düşər ki, Ermənistan baş naziri Nikol Paşinyan rəsmi feysbuk yazdığı "komunikasiyaların açılması qarşılıqlı beynəlxalq hüquqda əks olunmuş sərhəd və gömrük prinsiplərinə uyğun həyata keçiriləcək” sözləri Ermənistan tərəfinin bu prosesi Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində aparmağa məcbur olduğunun əyani sübutudur.
Şahin Seyidzadə vurğulayıb ki, Brüssel görüşündən sonra Şarl Mişelin bəyanatı bir daha onu deməyə əsas verir ki, Azərbaycanın haqlı mövqeyi təsdiqlənib və Ermənistan tərəfi bu mövqe ilə razılaşmaq məcburiyyətindədir.
banner

Oxşar Xəbərlər