• cümə, 29 Mart, 12:54
  • Baku Bakı 14°C

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncə şəhərinə səfər edib

14.02.19 19:04 661
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncə şəhərinə səfər edib
Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncə şəhərinə gəliblər.
AZƏRTACxəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Birinci vitse-prezidentə son illərdə şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.
Mehriban Əliyeva Regional İnkişaf İctimai Birliyinin nümayəndələri ilə görüşdü.




banner

Oxşar Xəbərlər