• cümə axşamı, 25 aprel, 16:02
  • Baku Bakı 23°C

Azərbaycanın bank sektorunun aktivləri 20% artıb

24.01.22 15:10 241
Azərbaycanın bank sektorunun aktivləri 20% artıb

Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 38 462,2 milyon manat təşkil edib.
"Kaspi”Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 20% çoxdur.
Bankların aktivlərinin15513,3milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli19,1 %böyüyüb, kreditlərin aktivlərdəki payı isə40,6%-dən40,3%-ə enib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 22,4%artaraq33492,9milyon manata, o cümlədən depozit portfeli 30% artaraq 26938,3 milyon manata çatıb. Bunun 9032,4 milyon manatı fiziki,17905,9milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakıvəsaitləri12,3 %, şirkətlərin banklardakı vəsaitləri isə41,2%artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə14,8%azalaraq 319,1 milyon manat olub.
Sektorun balans kapitalıisə 5,7%artaraq 4969,3milyon manat təşkil edib.
banner

Oxşar Xəbərlər