• şənbə, 20 Aprel, 06:59
  • Baku Bakı 14°C

Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinə yeni rəhbər təyin edilib - DOSYE

15.09.21 14:45 216
Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinə yeni rəhbər təyin edilib - DOSYE
Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif İsmayıl oğlu Sadıqov eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilib.
"Kaspi.az"ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki,Vaqif Sadıqov 1956-cı ilin noyabrın 2-də Bakıda anadan olub. 1978-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini bitirib. 1986-cı ildən filologiya elmlər namizədidir. 1991-ci ilin sonuna qədər APXDİ-nin İngilis dili fakültəsində baş müəllim vəzifəsində çalışıb.

1992-ci ilin əvvəlində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar İdarəsinin 1-ci katibi vəzifəsində, 1993-1995-ci illərdə XİN-in Hərbi-Siyasi Məsələlər Üzrə Şöbəsinin müdiri vəzifəsində çalışıb.

1995-2004-cü illərdə V.Sadıqov Azərbaycan Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri, eləcə də BMT-nın Vyana Bölməsi, BMT-nın Sənaye İnkişafı Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi olub. 1998-2004-cü illərdə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat, 2001-2004-cü illərdə isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi olub. 2004-2010-cu illərdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini vəzifəsində çalışıb, 2010-2016-cı illərdə Azərbaycan Respublikasının İtaliyada fövqəladə və səlahiyyətli səfiri olub. 2016-cı ildə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində daimi nümayəndə olub.

26 iyul 2021-ci ildən bəri Azərbaycan Respublikasının Belçika Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır.

Xarici dillərdən ingilis, rus, fransız, alman dillərini bilir.

Evlidir. İki övlad atasıdır.
banner

Oxşar Xəbərlər