• çərşənbə axşamı, 16 aprel, 21:56
  • Baku Bakı 18°C

Azərbaycanı şəxsi maraqları naminə qaralayanlar

02.07.13 14:25 1539
Azərbaycanı şəxsi maraqları naminə qaralayanlar
Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməkdədir. Ölkəmizin neftdən əldə etdiyi gəlir, qeyri-neft sektorunun inkişafına yönəldilir. Nəticədə respublikamızda bütün sahələrdə nailiyyətlər əldə olunub. Azərbaycan artıq nüfuzlu beynəlxalq təşkilatlarda söz sahibidir.
Amma ölkəmizin günü-gündən artan inkişafını görməyən, şəxsi maraqlarına görə milli dəyərimizi gözdən salanlar da var. İstər ölkə daxilində, istərsə də ölkəmizdən kənarda yaşayan bəzi şəxslər hər vasitədən istifadə etməklə Azərbaycanın əleyhinə təbliğat aparır. Bu məqsədlə yeni medianın verdiyi imkanlardan istifadə olunur. Həmin şəxslər hətta dindar vətəndaşlarımıza qarşı da xarici havadarlarının göstərişlə sosial şəbəkələrdə əxlaqa sığmayan kampaniyalar aparır. Ölkəsini, qohumlarının tərk edib, özlərinə xarici ölkələrdə sığınacaq tapan şəxslər Azərbaycanda seçki ərəfəsində havadarlarının sifarişi əsasında hər cür yalan danışmaqdan belə çəkinmirlər. Facebookda «Hakim Musavat Belgium» adı ilə məşhur olan, Belçikada özünə sığınacaq tapan Müsavat partiyasının üzvü Hakim Məmmədov da onlardan biridir. H.Məmmədov öz Facebook şəbəkəsində mütəmadi olaraq dövlətçiliyimizin əleyhinə kampaniya aparır, etikaya sığmayan təhqirlər səsləndirir. Bu insan ölkənin iqtisadi inkişafını, insanların həyat tərzinin yüksəlməsini görmür və ya görmək istəmir. Üstəlik, İslam dininə və din xadimlərinə qarşı da kampaniya aparır.
Məsələn, o, statuslarının birində guya Azərbaycanda insan hüquqlarının durmadan pozulduğunu, mənəviyyatsızlığın, yaltaqlığın geniş yayıldığını, cahilliyin, fahişəliyin, xüsusən kişi fahişəliyinin genişləndiyini qeyd edib. Sonra da davam edərək yazıb ki, “Çox təəssüf ki, bu mənəviyyatsız hərəkətlər bizim saxta hacılarımız və dindarlarımız tərəfindən yas məclislərində insanlara həzm etdirilir. Ölkədəki hacıların 90% saxtadır”. Əlavə də edib ki, guya Azərbaycanda həccə getmək insanların maskalanması uçun lazımdır. Kifayət qədər məntiqsiz olan bu açıqlamalar gedib xaricdə oturub Azərbaycan əleyhinə iş aparan “sapı özümüzdən olan baltalar”ın nə qədər təhlükəli olduğunu bir daha təsdiqləmiş olur. Belələri indi digər Avropa ölkələrində də yaşayırlar və çörəyini yeyib, suyunu içdikləri vətənlərinə qarşı antitəbliğat kampaniyası aparırlar. Xaricdə özlərinə sığınacaq tapan bu cür şəxslər bu gün heç bir məsuliyyət hiss etmədən sosial şəbəkələrdə istədiklərini yazırlar. Reallığı görmədən Azərbaycanın əleyhinə bu cür təbliğat aparanlar mütləq layiqli cəzalarını almalıdırlar.
Ayxan
banner

Oxşar Xəbərlər