• şənbə, 20 Aprel, 10:54
  • Baku Bakı 14°C

Azərbaycandan gedən Gürcüstan vətəndaşında virus aşkarlanması barədə RƏSMİ açıqlama

27.02.20 14:00 1004
Azərbaycandan gedən Gürcüstan vətəndaşında virus aşkarlanması barədə RƏSMİ açıqlama
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri Azərbaycandan gedən Gürcüstan vətəndaşında virus aşkarlanması barədə birgə məlumat yayıb.
Trend-ə daxil olan məlumatda bildirilir ki, fevralın 25-də İran İslam Respublikasından gələn və Azərbaycan ərazisindən keçərək Tbilisiyə getmiş Gürcüstan vətəndaşında COVID-19 virusunun aşkarlanması haqda məlumatın əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müvafiq dövlət qurumları ilə birlikdə dərhal araşdırma aparıblar.
Araşdırma zamanı həmin şəxsin gömrük nəzarətindən keçməsini əks etdirən kadrlar ciddi təhlil edilib və Astara gömrük-keçid məntəqəsindəki yoxlama anında onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlərin qeydə alınmadığı aşkar edilib.
Mümkündür ki, xəstəliyin xarakterinə uyğun olaraq Astara gömrük-keçid məntəqəsindən Gürcüstan sərhədinə qədər məsafənin qət edildiyi 10-12 saat ərzində xəstəliyin əlamətləri üzə çıxıb. Belə ki, virusun inkubasiya dövrü 14 günə qədərdir və həmin müddətdə xəstəliyin simptomları gizli qala bilər.
Göstərilən faktla bağlı bütün tədbirlər görülür. Dövlət sərhədini keçmiş Gürcüstan vətəndaşları ilə təmasda olan şəxslər, o cümlədən gömrük, sərhəd, tibb işçiləri müəyyənləşdirilib və onlar tibbi nəzarətdədir.
banner

Oxşar Xəbərlər