• cümə, 19 Aprel, 17:06
  • Baku Bakı 25°C

Azərbaycandan Avropa Məhkəməsinin hakimliyinə namizədlərin siyahısı AŞPA-nın komitəsindən keçib

04.10.16 14:52 1301
Azərbaycandan Avropa Məhkəməsinin hakimliyinə namizədlərin siyahısı AŞPA-nın komitəsindən keçib
Avropa ŞurasıParlament Assambleyası (AŞPA) Avropa İnsan Haqları Məhkəməsinə (AHİM) Hakimlərin Seçilməsi Komitəsində AİHM-ə seçilmək üçün namizədliyi irəli sürülmüş 3 azərbaycanlı hakimin məsələsinə baxılıb.

APA-nınAŞPA-ya istinadən verdiyi məlumata görə, sentyabrın 29-da komitə iclası zamanı azərbaycanlı namizədlərin siyahısı komitənin tövsiyələri ilə birlikdəAŞPA-ya göndərilib.

AŞPA-nın oktyabrın 10-14-də keçiriləcək payız sessiyası zamanı oktyabrın 11-12-də hakimin seçilməsi ilə bağlı səsvermənin keçirilməsi gözlənilir.

Azərbaycanın Avropa Şurasındakı səfiri Emin EyyubovAŞPA-nın baş katibi Voytsex Savitskiyə hakimlər Kəmalə Abıyeva, Lətif Hüseynov və Rövşən İsmayılovun namizədliyinin Azərbaycan hökuməti tərəfindən təsdiqlənməsi barədə məktub göndərib.

Qeyd edək ki, bundan əvvəl 2 dəfə - ötən il iyunun 15-də və bu il yanvarın 24-dəAŞPAAzərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı.
banner

Oxşar Xəbərlər