• cümə, 29 Mart, 15:51
  • Baku Bakı 14°C

Azərbaycanda özəl qida laboratoriyaları yaradıla bilər

14.02.19 13:15 478
Azərbaycanda özəl qida laboratoriyaları yaradıla bilər
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) özəl biznesə qida məhsullarının ekspertizasını həyata keçirməyi təklif edir.
Trend-in məlumatına görə, bunu "Qida təhlükəsizliyi haqqında” qanunun ictimai müzakirələri zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, bu proses təkcə dövlətin və agentliyin səlahiyyətində olmamalıdır:
"Biz sahibkarlıq subyektlərinə müraciət etmişik və onlara özəl qida laboratoriyaları yaratmağı təklif etmişik. Bu laboratoriyalar beynəlxalq akkreditasiyadan keçməlidir. Biz agentlik olaraq onların laborator rəylərini tanıyacağıq”.
banner

Oxşar Xəbərlər