• şənbə, 20 Aprel, 11:45
  • Baku Bakı 14°C

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

08.09.17 17:10 980
Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq
Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradıla bilər.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa HəbibbəyliAPA-ya bildirib ki, ölkədə ancaq dövlət peşə təhsili müəssisələri fəaliyyət göstərir və onların sayı 90-a yaxındır. Yeni hazırlanan "Peşə təhsili haqqında” qanun layihəsi özəl sektorun bu istiqamətdə inkişaf etməsinə və özəl peşə təhsili müəssisələrinin yaradılmasına imkan verəcək.

İ. Həbibbəyli qeyd edib ki, yeni qanun əsasən, dövlət peşə təhsili müəssisələrində təhsil ödənişli və ya ödənişsiz formada da təşkil oluna bilər: "Bundan əlavə, bu müəssisələrdə oxuyanlar təqaüd almaq imkanın malik olacaq. Onlar istehsalat təcrübəsi keçərkən müəssisələrdə gördükləri işə görə əlavə maaş almaq imkanı əldə edəcəklər”.

Komitə sədri vurğulayıb ki, peşə təhsilinin genişlənməsi istiqamətində dövlət səviyyəsində ardıcıl və məqsədyönümlü iş aparılır. Görülən işlər nəticəsində peşə təhsili istiqamətinin hüquqi bazasının yaradılması, hüquqi cəhətdən tənzimlənməsi zərurəti meydana çıxıb: "Aparılan təhlillər göstərib ki, əmək bazarında peşə təhsili üzrə mütəxəssislərə, ustalara və texniki işçilərə çox böyük tələbat var. Ona görə də Milli Məclisin Elm və Təhsil Komitəsi "Peşə təhsili haqqında” qanun layihəsi üzərində iş aparıb. Bu məqsədləTəhsil Nazirliyi, Milli Məclisin deputatları, aidiyyatı qurumların təmsil olunduğu birgə işçi qrupu fəaliyyət göstərir. Yay tətili ərzində "Peşə təhsili haqqında” qanun layihəsinin ilkin variantı hazırlanıb və yaxın vaxtlarda işçi qrup ilk müzakirəsini keçirəcək”.
banner

Oxşar Xəbərlər