• cümə, 19 Aprel, 15:04
  • Baku Bakı 25°C

Azərbaycanda yaranmış 5-6 km-lik tıxac aradan qaldırılıb - Yenilənib

30.11.13 08:55 1143
Azərbaycanda yaranmış 5-6 km-lik tıxac aradan qaldırılıb - Yenilənib
30 noyabr
10:55

Hacıqabul-Bəhrəmtəpə yolunda yaranmış tıxac gecə saatlarında aradan qalxıb.
APA-nın məlumatına görə, dünən axşam saatlarından başlayaraq Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 8-ci km-də Kür çayı üzərində yerləşən körpüdə avtomobillərin hərəkətində yaranmış məhdudiyyət 4 saat çəkib.
Qeyd edək ki, noyabrın 29-da axşam saatlarında ağır tonnajlı avtomobilin yükünün körpüyə ilişməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkətində ciddi problem yarandığından minlərlə avtomobil tıxacda qalıb. Yolun hər iki istiqamətində tıxacın uzunluğu təxminən 5-6 kilometrə qədər uzanıb.
Kür çayı üzərindəki körpüyə paralel yeni körpüdə aparılan inşaat və son tamamlama işləri də avtomobillərin hərəkətinə mane olub.
******
29 noyabr
21:16

Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 8-ci km-də Kür çayı üzərində yerləşən körpüdə avtomobillərin hərəkəti dayanıb.
APA-nın məlumatına görə, ağır tonnajlı avtomobilin yükünün körpüyə ilişməsi nəticəsində avtomobil körpünün üstündə dar yolda hərəkətsiz qalıb. Nəticədə hər iki istiqamətdə avtomobillərin hərəkətində ciddi problem yaranıb.
APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, artıq 3 saat yaxındır, Sabirabad-Şirvan və əks istiqamətdə avtomobillər tək-tək, çox çətinliklə hərəkət edir.
Nəticədə ərazidə minlərlə avtomobilin tıxacı yaranıb.
Qeyd edək ki, Kür çayı üzərindəki körpüyə paralel yeni körpü inşa olunur.
banner

Oxşar Xəbərlər