Azərbaycanda “Vətənpərvərlik tərbiyəsi haqqında” yeni qanun layihəsi hazırlanacaq
Milli Məclisin yaz sessiyasında "Vətənpərvərlik tərbiyəsi haqqında” yeni qanun layihəsi hazırlanacaq.
"Kaspi"nin xəbərinə görə, bu, parlamentin Elm və təhsil komitəsinin 2022-ci ilin yaz sessiyası üçün işlər planına daxil edilib.Qeyd edək ki, sabah - yanvarın 18-də komitənin yaz sessiyasında ilk iclası keçiriləcək