• cümə axşamı, 28 mart, 14:10
  • Baku Bakı 16°C

Azərbaycanda turizm şirkətlərinin sığortalanması təklif olunacaq

27.06.19 13:37 509
Azərbaycanda turizm şirkətlərinin sığortalanması təklif olunacaq
Azərbaycanda dövlət reyestrinə daxil olacaq turizm şirkətlərinin sığortalanması təklif olunacaq.
Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.
Onun sözlərinə görə, sığortalanan şirkətlər reyestrdə sığortası olmayan şirkətlərdən üstün olacaq və bu kateqoriyaya bölünmədə də özünü göstərəcək.
Agentlik rəsmisi əlavə edib ki, turizm şirkətlərinin sığortalanması məcburi olmayacaq:
"Turist sığortalanan turizm şirkətinə daha böyük maraq göstərəcək. Bunun əsasında digər turizm şirkətləri də tədricən sığortaya önəm verəcəklər. Hazırda turizm şirkətlərinin reyestri, onların sığortalanması, sığorta fondunun yaradılması ilə bağlı işlər paralel şəkildə aparılır. Hesab edirəm ki, bu ilin sonuna qədər proses yekunlaşacaq və bir çox suallara aydınlıq gətiriləcək. İndiki mərhələdə bazarın bu xidmətləri nə dərəcədə göstərə biləcəyi dəqiqləşdirilir".
banner

Oxşar Xəbərlər