AZE | RUS | ENG |

Azərbaycanda turizm polisi yaradılacaq

Azərbaycanda turizm polisi yaradılacaq
Azərbaycanda turistlərin problemlərinin dinlənilməsi və həll edilməsinə kömək etmək üçün turizm polisi yaradılacaq.
Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.
Aparat rəhbərinin sözlərinə görə, turizm polisləri turistlərə xidmət göstərəcək şəxslər olacaqlar. Turistlər ölkədə olarkən, şəhərdə gəzərkən çətinlik çəkdiyi zaman bu xidmətlərdən istifadə edəcəklər.
K.Qasımov qeyd edib ki, ölkədə turistlərə xidmət göstərən dövlət qurumlarının bütün xidmətlərinin vahid mərkəzdən idarə olunması üçün "Qaynar xətt"in yaradılması nəzərdə tutulur: "Turist "Qaynar xətt"ə müraciət etməklə problemlərini həll edə, suallarına cavab tapa bilər. Bununla turistlə dövlət arasında əlaqə yaradılır ki, onların problemi daha çevik həllini tapsın. Turizm polisinin yaradılması məsələsi Daxili işlər Nazirliyi ilə müzakirə olunur. Artıq bununla bağlı hüquqi razılıq, şəhərdə turizm polisi formaları geyinən şəxslərin olması ilə bağlı ilkin razılıqlar əldə olunub. Bu ideya artıq təsdiqlənib".



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9027
GEL 1 1 Gürcüstan larisi 0.5913
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1179
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1802
CHF 1 1 İsveçrə frankı 1.7276
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2989