• cümə axşamı, 28 mart, 12:32
  • Baku Bakı 16°C

Azərbaycanda “Teleradio haqqında” yeni qanun qəbul ediləcək

03.06.20 14:52 435
Azərbaycanda “Teleradio haqqında” yeni qanun qəbul ediləcək
""Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi komitənin iş planından çıxarılıb, bu qanun layihəsinin növbədənkənar sessiyada müzakirəyə çıxarılması gözlənilmir”.
BunuAPA-ya açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O bildirib ki, ümumiyyətlə, "Teleradio haqqında” yeni qanunun qəbulu planlaşdırılır: "Bu qanun bütövlükdə nəinki kabel şəbəkəsi yayımını, həmçinin, internetdə yayımla bağlı məsələləri də əhatə edəcəyinə görə "Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsini işlər planından çıxardıq."Teleradio haqqında” yeni qanun layihəsinin payız sessiyasında müzakirə olunması gözlənilir”.
Qeyd edək ki, hazırda Azərbaycanda "Teleradio haqqında” qanun var.
banner

Oxşar Xəbərlər