• şənbə, 20 Aprel, 17:33
  • Baku Bakı 23°C

Azərbaycanda su təchizatının yaxşılaşdırlmasına Yaponiya şirkəti kömək edəcək

13.10.17 10:20 1010
Azərbaycanda su təchizatının yaxşılaşdırlmasına Yaponiya şirkəti kömək edəcək
Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) 2020-ci ilin sonuna qədər Azərbaycanda şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin modernləşdirilməsi üzrə layihənin reallaşdırılmasını yekunlaşdırmaq niyyətindədir. Bu barədə özəl olaraq agentlikdən Trend-ə bildiriblər.
Qeyd edək ki, layihə üzrə müqavilə 2009-cu ilin mayında bağlanıb və dəyəri 291 milyon dollar təşkil edir.
Layihənin məqsədi - Azərbaycan rayonlarının inzibati mərkəzlərində su təchizatını yaxşılaşdırmaq və kanalizasiya sistemlərinin modernləşdirilməsini həyata keçirməkdir.
Agentlikdən onu da əlavə ediblər ki, bu layihənin həyata keçməsi nəticəsində Qobustan, Xaçmaz, Xızı, Naftalan və Qusarda su təchizatının yaxşılaşdırılması və kanalizasiya sistemlərinin modernləşdirilməsi baş tutacaq.
Qeyd edək ki, JICA Azərbaycanda 1993-cü ildən fəaliyyət göstəririr.
banner

Oxşar Xəbərlər