• cümə axşamı, 25 aprel, 10:36
  • Baku Bakı 14°C

Azərbaycanda sosial xidmətlərin inkişafına dair konsepsiya hazırlanıb

07.02.18 11:50 759
Azərbaycanda sosial xidmətlərin inkişafına dair konsepsiya hazırlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda səfərdə olanBMT-nin Uşaq Fondunun (UNİCEF) erkən uşaqlıq dövrünün inkişafı üzrə müşaviri Deepa Grover və inkluziv təhsil üzrə mütəxəssisi xanım Nora Şabani ilə görüş olub.
Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Nazirliyin fəaliyyət istiqamətləri və ayrı-ayrı ölkələrin müvafiq qurumları, habelə mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri barədə məlumat verib. Ötən dövrdə nazirlikləUNİCEFarasında uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edən N.Məmmədov 2014-2015-ci illəri əhatə edən Fəaliyyət Planı çərçivəsində görülən birgə işlərin uşaqlarla bağlı sosial xidmətlər sisteminin təkmilləşdirilməsində əhəmiyyətini vurğulayıb. O bildirib ki,Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyivəUNİCEFarasında 2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı çərçivəsində imzalanan "2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı” da uşaqlarla bağlı sosial xidmətlər sisteminin qabaqcıl dünya təcrübəsinə uyğunlaşdırılması üçün vacib istiqamətləri özündə əhatə edib.UNİCEF-in təklif və tövsiyələri əsasında nazirlik tərəfindən sosial xidmətlərin inkişafına dair konsepsiya hazırlanıb.
Nazir müavini icra olunan sosial xidmət layihələrinin və bu layihələr çərçivəsində reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilən şəxslərin, o cümlədən uşaqların sayının ildən-ilə artdığını qeyd edib. Sağlamlıq imkanları məhdud uşaqların və gənclərin inkluziv təhsil imkanlarına malik olmaları üçün ölkəmizdə həyata keçirilən fəal dövlət siyasəti, həmçinin bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə məlumat verilib. Bu təbəqədən olan şəxslərin təhsildən ayrılmadan reabilitasiya tədbirlərinə cəlb edilmələri, inkluziv təhsilin əhatə dairəsinin genişləndirilməsi sahəsində aparılan işlər də diqqətə çatdırılıb.
D.Grover və N.Şabani Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı, habelə inkluziv təhsil imkanlarının genişləndirilməsi istiqamətində aparılan işləri yüksək dəyərləndiriblər.
Cari ilin mart ayındaUNİCEFtərəfindən ölkəmizdə həyata keçirilən 2016-2020-ci illər üzrə ölkə Proqramının aralıq qiymətləndirilməsinin həyata keçiriləcəyi bildirilib. Həmçinin bu prosesdə nazirlik tərəfindən milli konteksdə həyata keçirilən yeniliklərin, o cümlədən iqtisadi-sosial inkişaf prioritetlərinə və davamlı inkişaf məqsədlərinə dair öhdəliklərin,UNİCEF-in 2018-2020-ci illər üzrə Strateji Planının da müzakirə ediləcəyi diqqətə çatdırılıb.
GörüşdəUNİCEF-in Azərbaycanla bağlı 2016-2020-ci illəri əhatə edən ölkə Proqramının icrası sahəsində ötən dövrdə görülən işlərə dair fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər