• çərşənbə axşamı, 19 mart, 07:09
  • Baku Bakı 8°C

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

01.03.21 17:15 726
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 125 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Kaspi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 234 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 839 nəfər müalicə olunaraq sağalıb, 3 223 nəfər vəfat edib, aktiv xəstə sayı 2 600 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 205, ötən müddət ərzində isə ümumilikdə 2 602 884 test aparılıb.
banner

Oxşar Xəbərlər