• çərşənbə, 24 Aprel, 01:36
  • Baku Bakı 14°C

Azərbaycanda son sutkada koronavirusa 885 nəfər yoluxub

28.09.21 16:56 410
Azərbaycanda son sutkada koronavirusa 885 nəfər yoluxub
Son sutkada Azərbaycanda koronavirusa (COVID-19) 885 yeni yoluxma faktı qeydə alınıb, 2 114 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 482 286 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 455 082 nəfər müalicə olunaraq sağalıb, 6 498 nəfər vəfat edib, aktiv xəstə sayı 20 706 nəfərdir.
Ölkədə son sutka ərzində 9 525, hazırkı dövrədək isə 4 839 863 test aparılıb.
banner

Oxşar Xəbərlər