• çərşənbə, 24 Aprel, 07:33
  • Baku Bakı 13°C

Azərbaycanda son sutkada 4 nəfər koronavirusa yoluxub, ölən olmayıb

05.06.22 17:20 406
Azərbaycanda son sutkada 4 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 792 808 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 041 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 54 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 134, bu günə qədər isə ümumilikdə 6 907 553 test icra olunub.

banner

Oxşar Xəbərlər