• cümə, 26 Aprel, 00:59
  • Baku Bakı 16°C

Azərbaycanda son sutkada 2717 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib

08.04.21 18:38 889
Azərbaycanda son sutkada 2717 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 717 yeni yoluxma faktı qeydə alınıb, 1 341 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ QərargahdanKaspi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 279 181 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 245 881 nəfər müalicə olunaraq sağalıb, 3811 nəfər vəfat edib, aktiv xəstə sayı 29489 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 581, ötən müddət ərzində isə ümumilikdə 2 977 593 test aparılıb.
banner

Oxşar Xəbərlər