AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda son sutkada 126 nəfər COVID-19-a yoluxub

Azərbaycanda son sutkada 126 nəfər COVID-19-a yoluxub

Təfsilat
25 Fevral 2021, 17:30 222
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Kaspi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 233 770 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 299 nəfər müalicə olunaraq sağalıb, 3 209 nəfər vəfat edib, aktiv xəstə sayı 2 262 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 438, ötən müddət ərzində isə ümumilikdə 2 576 454 test aparılıb.