• cümə, 26 Aprel, 07:20
  • Baku Bakı 12°C

Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır

02.08.21 17:30 281
Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır
Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır. Bu islahatlar konseptual olmaqla struktur xarakteri daşıyır. Bunu şübhəsiz olaraq qeyd edirəm ki, ölkəmizdə islahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi dövlətin daim diqqət mərkəzində olub.
BunuAZƏRTAC-a Milli Məclisin deputatı Əminə Ağazadə deyib.
Deputat qeyd edib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar kursuna uyğun olaraq Milli Məclisin fəaliyyətinin səmərəliliyinin daha da artırılması, müasir tələblər çərçivəsində həyata keçirilməsi üçün müxtəlif addımlar atılıb. Ölkəmizdə parlament seçkilərinin və seçkilərdən sonra Milli Məclisin Aparatında və İşlər İdarəsində aparılan struktur və kadr islahatlarının önəmi də xüsusi vurğulanmalıdır. İlk növbədə, burada məqsəd parlamentin işinin daha müasir əsasda yenidən qurulmasına, iş prosesində şəffaflığın təmin edilməsinə nail olmaqla daha çevik və daha səmərəli fəaliyyətin təşkilindən ibarət olub. VI çağırış Milli Məclis fəaliyyətinin dövlətimizin başçısının daxili və xarici siyasətinə, eləcə də tövsiyələrinə uyğun, yüksək səviyyədə qurulması üçün zəruri addımlar atmış, parlaq nailiyyətlər əldə edib.
Əminə Ağazadə bildirib ki, hazırda ölkəmizdə yeni siyasi konfiqurasiya yaranıb. Siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşıb. VI çağırış Milli Məclisdə aparılan islahatlar da siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib. "VI çağırış Milli Məclisin formalaşmasında qeydə alınmış mütərəqqi yeniliklər, ümumilikdə, parlamentə sağlam, demokratik mühit gətirilməsi, parlamentin işində əhəmiyyətli dönüş yaranmasına və onun nüfuzu həm ölkə daxilində, həm də beynəlxalq miqyasda kifayət qədər yüksəlməsinə xidmət etmişdir. VI çağırış parlamentdə diqqətçəkən yeni tendensiyalardan biri də qanun layihələri ilə bağlı əhatəli dinləmələrin keçirilməsinə geniş yer verilməsidir. Bu cür dinləmələr qanun layihələri üzərində iş prosesində qarşıya çıxan məsələlərin daha effektiv həllinə və nəticə etibarilə, layihələrin daha yüksək səviyyədə hazırlanmasına kömək göstərir. Xüsusilə, cəmiyyətin ciddi marağında olan önəmli məsələlərlə bağlı geniş dinləmələrin təşkil olunması müvafiq qanunların daha mükəmməl hazırlanmasına, mütərəqqi təkliflərin nəzərə alınmasına şərait yaratmışdır. Parlamentin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edən qanunvericilik fəaliyyəti daha da təkmilləşdirilmiş, qanun layihələrinin hazırlanması zamanı daha çox keyfiyyətə diqqət yetirilmişdir. Qanun yaradıcılığı işində deputatlar fəal iştirak edirlər. Belə ki, Milli Məclisin iclaslarında qanun layihələrinin təqdim edilməsinə komitə sədrləri ilə yanaşı, komitələrin sıravi üzvləri, o cümlədən müxalif partiyalardan olan deputatlar da yaxından cəlb olunub. Eyni zamanda, demokratik mühitin göstəricisi olaraq plenar iclaslar zamanı parlamentdə təmsil olunan müxalifət partiyalarının fəal iştirakçılığı təmin edilib”, - deyə Ə.Ağazadə qeyd edib.
Milli Məclisin deputatlarının parlament tribunasından daim seçicilərinin müraciətlərini səsləndirdiklərini, onların problemlərinin həlli ilə bağlı əlaqədar qurumlara çağırışlar etdiklərini vurğulayan deputat qeyd edib: "Bu da seçicilərlə işin düzgün əsaslarda qurulmasının göstəricisidir. Milli Məclisə ilk dəfə seçilən deputatlar arasında gənclərin də üstünlük təşkil etdiyini nəzərə alsaq, qeyd edə bilərik ki, bu, ölkəmizdə gənc kadrlara geniş imkanların yaradılması ilə bağlı atılan addımların daha bir uğurlu nəticəsidir. Parlament diplomatiyası ölkəmizin xarici siyasət kursunda da önəmli yer tutur. Bu baxımdan, Milli Məclisin beynəlxalq fəaliyyəti xüsusi qeyd olunmalıdır. Xatırladaq ki, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələrinin genişləndirilməsi üzrə 82 ölkənin parlamenti ilə dostluq qrupları, 12 beynəlxalq parlament təşkilatında nümayəndə heyətləri və 1 ikitərəfli komissiya fəaliyyət göstərir”.
banner

Oxşar Xəbərlər