• cümə, 29 Mart, 03:48
  • Baku Bakı 7°C

Azərbaycanda qeyri-xammal ixracının artımı davam edir

13.06.19 12:38 489
Azərbaycanda qeyri-xammal ixracının artımı davam edir
Son iki il ərzində Azərbaycanın qeyri-neft ixracı təxminən 35 faiz artıb.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən 5-ci Avropa İttifaqı-Azərbaycan biznes forumunda deyib.
Nazir bildirib ki, bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı 3 faiz, qeyri-neft iqtisadiyyatı 1,7 faiz, qeyri-neft sənayesi 16 faizdən çox, inflyasiya 2,1 faiz artıb:
"Bizim hesablamalarımıza görə, 2019-cu ildə ümumi daxili məhsul 3,2 faiz artacaq”.
Onun sözlərinə görə, ötən il ölkə iqtisadiyyatına 15 milyard dollardan çox investisiya qoyulub, bunlardan 8,2 milyard dolları xarici investisiyalar olub:
"Ümumilikdə müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 263 milyard dollar investisiya qoyulub ki, bunların yarısından çoxu xarici investisiyaların payına düşüb”.
banner

Oxşar Xəbərlər