AZE | RUS | ENG |

Azərbaycanda qanazlığı olan insanların sayı artıb

Azərbaycanda qanazlığı olan insanların sayı artıb
Son 13 il ərzində Azərbaycanda əhalinin anemiya (qanazlığı) ilə xəstələnməsi halları artıb.
Trend-in məlumatına görə, ötən il anemiya xəstələrinin sayı 2017-ci ilə nisbətən azalsa da, 2005-ci ilə nisbətən onların sayı yenə də çox olub.
2005-ci ildə Azərbaycanda müalicә - profilaktika müәssisәlәrindә qeydiyyatda olan anemiya xəstələrinin sayı 37 807 nəfər olduğu halda, 2017-ci ildə belə xəstələrin sayı 42 366, 2018-ci ildə 41 097 nəfər təşkil edib.
2005-ci ildə Azərbaycanda 30 213 nəfərə, 2018-ci ildə isə 47 552 nəfərə ilk dəfə anemiya diaqnozu qoyulub.
Ötən müddətdə əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı da artıb.
2005-ci ildə əhalinin hər 100 000 nəfərindən 360,5 nəfərinə, 2018-ci ildə 484,2 nəfərinə ilk dəfə anemiya diaqnozu qoyulub.
Azərbaycanda ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək xəstə uşaqların sayı da çoxalıb.
2010-cu ildə ölkədə 21565, 2018-ci ildə 28620 nəfər uşağa ilk dəfə anemiya diaqnozu qoyulub.

Ölkədə müalicә - profilaktika müәssisәlәrindә qeydiyyatda olan anemiyalı xәstә uşaqların sayı isə ötən dövr ərzində azalıb.
2010-cu ildə qeydiyyatda olan xəstə uşaqların sayı 23063 nəfər olduğu halda, 2018-ci ildə onların sayı 21 410-a enib.
Qeyd edək ki, anemiya (qanazlığı) qanda qan hüceyrələrinin sayının yaxud da, qanın ümumi həcmində eritrositlərin və hemoqlobinin miqdarının azalması ilə səciyyələnən xəstəlik və ya müxtəlif xəstəliyi müşayiət edən patoloji haldır.
Anemiya qan xəstəlikləri arasında ən çox rast gəlinənidir. Hazırda dünyada 2 milyard insan anemiyadan əziyyət çəkir.
Tibbi araşdırmalara görə, qadınlar kişilərə nisbətən daha çox anemiyadan əziyyət çəkirlər. Anemiyadan əziyyət çəkən insan qrupları arasında uşaqlar və hamiləlik dövrü keçirən qadınlar çoxluq təşkil edir.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873