• cümə axşamı, 28 mart, 13:09
  • Baku Bakı 16°C

Azərbaycanda Ombudsman təsisatının yaradılmasından 20 il ötür

28.12.21 13:00 201
Azərbaycanda Ombudsman təsisatının yaradılmasından 20 il ötür
Bu gün "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun qəbul edilməsindən 20 il ötür.
Kaspi.az-ın məlumatına görə, Ombudsman Səbinə Əliyeva qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 28 dekabr 2001-ci il tarixdə qəbul edilmiş Konstitusiya Qanununa əsasən Ombudsman vəzifəsi Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və həmin Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması məqsədilə təsis edilmişdir.
"Təqdirəlayiq haldır ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş Ombudsman təsisatının fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insan hüquqlarının təmini sahəsində uğurla həyata keçirdiyi islahatlar nəticəsində daha da inkişaf etdirilir.
Ötən dövr ərzində insan hüquqlarının səmərəli müdafiəsi baxımdan mühüm əhəmiyyət kəsb edən ictimai münasibətlərin tənzimlənməsi zərurəti ilə əlaqədar Konstitusiya Qanununda bir sıra əlavə və dəyişikliklər edilməklə Ombudsman təsisatına müasir dövrün tələblərinə uyğun yeni səlahiyyətlər də verilmişdir. Hazırda ölkəmizin insan hüquqları sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə uyğun olaraq Konstitusiya Qanununun təkmilləşdirilməsi prosesi davam etdirilməkdədir.
Azərbaycan Ombudsmanı olaraq, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qarşıya qoyulmuş olduqca şərəfli və məsuliyyətli vəzifələrin icrasına nail olmağa çalışmaqla xalqımıza sədaqətlə xidmət etməkdən böyük qürür hissi keçirir və hər kəsi dövlətimizin ali məqsədi olan insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi naminə birgə əməkdaşlığa çağırıram", - S.Əliyeva deyib.
banner

Oxşar Xəbərlər