• cümə, 19 Aprel, 11:23
  • Baku Bakı 13°C

Azərbaycanda narkotika istifadəçilərinin sayı bəlli olub

24.06.22 16:25 664
Azərbaycanda narkotika istifadəçilərinin sayı bəlli olub

"Son zamanlar psixotrop maddələrdən istifadə edən yeniyetmələr və gənclərin sayı artıb. Onlar patı, şüşə kimi maddələrdən daha çox istifadə edirlər".

Kaspi.az xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində keçirilən canlı yayım zamanı deyib.

"Statistikaya görə ölkədə 34 min 602 nəfər narkotik istifadəçisi var. Onlardan 556-sı qadındır. 14 yaşında olan 2, 15-17 yaş arasında olan 12 nəfər narkotik istifadəçisi rəsmi qeydiyyatdadır. Təəssüf hissi ilə qeyd edirəm ki, 65 yaşdan yuxarı isə 292 narkotik istifadəçisi qeyd edilib".

O.Cəfərov sosial şəbəkələrdə yayılan bəzi psixotrop maddələrin gözəllik salonlarında arıqlama vasitəsi kimi təklif edilməsi məsələsinə də toxunub: “Gözəllik salonlarında bu kimi maddələrin təklif edilməsi ilə bağlı konkret məlumat yoxdur, lakin psixotrop maddələr və ya narkotik vasitələr patoloji arıqlamadır və müvəqqətidir. Bunun ciddi fəsadları ola bilər.

Narkoloji Mərkəzdə aparılan müalicə könüllüdür. Digər xəstəxanalarda olduğu kimi biz heç kimi müalicə və yatış üçün məcbur edə bilmərik. 18 yaşa qədər olan şəxsləri valideyni və ya qanuni nümayəndəsi mərkəzə yerləşdirə və müalicəsinin təmin edilməsinə nail ola bilər".

banner

Oxşar Xəbərlər