• şənbə, 20 Aprel, 17:09
  • Baku Bakı 23°C

Azərbaycanda ömür uzunluğu beş il ərzində 1,4 il artıb

13.08.17 18:32 1161
Azərbaycanda ömür uzunluğu beş il ərzində 1,4 il artıb
Ötən il şəhər və kənd yerləri üzrə ümumi nəsilvermə əmsalı 2,1-ə bərabər olub. Əvvəlki illərlə müqayisədə nəsilvermə əmsalında azalma müşahidə edilib.
AZƏRTACDövlət Statistika Komitəsinin "Azərbaycanın Demoqrafik Göstəriciləri” rəsmi nəşrinə istinadla xəbər verir ki, Azərbaycanda ömür uzunluğunda artım müşahidə olunur. Belə ki, son beş il ərzində ömür uzunluğu 1,4 il artıb. Əgər 2011-ci ildə ümumi ömür uzunluğu 73,8 yaşa bərabər idisə, ötən il 75,2 yaş təşkil edib. Həmin göstərici kişilər arasında 72,8, qadınlar arasında isə 77,6 yaşa bərabər olub. Buna baxmayaraq, 2015-ci illə müqayisədə ötən il şəhər yerlərində ömür uzunluğunda azalma, kənd yerlərində isə artım qeydə alınıb.
banner

Oxşar Xəbərlər