• şənbə, 20 Aprel, 11:28
  • Baku Bakı 14°C

Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb

23.10.21 13:30 221
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Azərbaycanda mobil rabitə operatorları bu ilin yanvar-sentyabr aylarında 723,6 milyon manat gəlir əldə edib.
Dövlət Statistika KomitəsindənTrend-ə verilən məlumata görə, qeyd olunan müddət ərzində informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2021-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 5,7 faiz artaraq 1 milyard 699,3 milyon manat təşkil edib ki, onun da 76,0 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 42,6 faizi və ya 723,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
banner

Oxşar Xəbərlər