çərşənbə axşamı, 09 avqust, 11:20

Baku Bakı 25°C

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb

icon 131 icon 01 iyul 2022 | 12:28 Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb

"Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatına meymunçiçəyi virusunu təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən dövlətlərdən biri olub. Artıq həmin testlər ÜST-nin Azərbaycandakı nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verilib".

Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycana meymunçiçəyi testləri yaxın 2-3 gün ərzində gətiriləcək.