AZE | RUS | ENG |

Azərbaycanda maliyyə texnologiyalarının tətbiqini genişləndirmək lazımdır

Azərbaycanda maliyyə texnologiyalarının tətbiqini genişləndirmək lazımdır
Azərbaycanda maliyyə texnologiyalarının tətbiqini genişləndirmək lazımdır. Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunkasiyalar Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Bank işində və ödəniş ekosistemində yeni tendensiyalar: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” mövzusunda FINTEX sammitində deyib. O qeyd edib ki, ənənəvi bankçılıq maliyyə texnologiyalarının istifadəsini genişləndirməli və açıq bankçılığa sürətli keçidi təmin etməlidir. V.Qasımlı əlavə edib ki, Asiya və Cənubi Amerika bazarlarında maliyyə texnologiyaları sürətlə inkişaf edir: "Proqnozlara görə, 2024-cü ilədək maliyyə texnologiyaları bazarı 60 milyard dollara çatacaq və Asiya bu istiqamətdə vacib yer tutacaq”. Onun sözlərinə görə, Azərbaycan bu imkanlardan istifadə etməli və maliyyə texnologiyalarının tətbiqini genişləndirməlidir. Bu texnologiyalar xərcləri 30 faizədək azaltmağa imkan verir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775